
Bakı. Trend:
Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının təyinatları açıqlanıb.
Trend Peşəkar
Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,
qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami
və Müslüm Əliyev kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
VAR-da Elçin Məsiyev, AVAR-da Elşad Abdullayev əyləşəcək.
Xatırladaq ki, “Neftçi” – “Qarabağ” oyunu aprelin 30-da “Palms
Sports Arena”da, saat 20:00-da start götürəcək.

