
Bakı. Trend:
“Bakı Fond Birjası” QSC (BFB) və Pakistan Milli Klirinq Şirkəti
(NCCPL) arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.
Trend bu
barədə BFB-yə istinadən xəbər verir.
Sənədi BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov və NCCPL-ın
Baş İcraçı direktoru Naveed Qazi imzalayıblar.
“Memorandumun əsas məqsədi Mərkəzi Qarşı Tərəf (CCP)
əməliyyatları və əlaqəli bazar infrastrukturları sahəsində
əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı bilik və təcrübə
mübadiləsinin təşviqi, eləcə də texniki potensialın
gücləndirilməsidir.
Bu əməkdaşlıq çərçivəsində tərəflər kapital bazarları
infrastrukturunun inkişafı istiqamətində birgə təşəbbüslərin həyata
keçirilməsi imkanlarını da nəzərdən keçirəcəklər.
Bu addım beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və yerli
kapital bazarlarının daha da inkişaf etdirilməsi baxımından mühüm
əhəmiyyət daşıyır”, – məlumatda qeyd edilib.

