Ev təsərrüfatlarına kredit qoyuluşu artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən ev təsərrüfatarına qoyulmuş kreditlərin
həcmi 19,362 milyard manat təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 164,6 milyon manat
və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard manat
və ya 11,6% çoxdur.




Qeyd edək ki, ümumilikdə bu ilin aprelin 1-nə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,932 milyard manat
təşkil edib.

Bu da aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, 2025-ci ilin
eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və
ya 9,2% artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir