Azərbaycanın bank sektorunun birinci rüb üzrə xalis mənfəətinin ümumi məbləği açıqlandı

Baş səhifə

Bakı.Trend:

Cari ilin birinci rübündə Azərbaycanın bank sektoru 372 milyon
manat həcmində xalis mənfəət əldə edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu,
ötən ilin eyni dövrü ilə müqayisədə 118,7 milyon manat və ya 46,9%
çoxdur.




Eyni zamanda, hesabat dövründə banklar 521 milyon manat həcmində
əməliyyat mənfəəti əldə ediblər. Bu göstərici ötən ilin eyni dövrü
ilə müqayisədə 118,3 milyon manat və ya 29,4% çoxdur.

Qeyd olunur ki, cari ilin ilk üç ayı ərzində banklar tərəfindən
ümumilikdə 84,6 milyon manat məbləğində mənfəət vergisi
ödənilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir