
Bakı. Trend:
ABŞ administrasiyası yaxın vaxtlarda naməlum uçan obyektlər
(NUO) barədə çox maraqlı detallar da daxil olmaqla, böyük həcmdə
məlumatları ictimaiyyətə təqdim etməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu
ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
“Düşünürəm ki, yaxın zamanda mümkün qədər çox məlumatı
paylaşacağıq. Əlimizdə olan materialların böyük hissəsini
açıqlayacağıq. Hesab edirəm ki, bunların bəzisi insanlar üçün
olduqca maraqlı olacaq”, – deyə o vurğulayıb.

