
Bakı. Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkədə
ehtiyatlardan əlavə olaraq on minlərlə ton neft çıxarılması
planlaşdırılır.
Trend xəbər verir ki, o, bu
barədə “TV Blic”ə verdiyi müsahibədə danışıb.
Vuçiç qeyd edib ki, neft hasil edildikdən sonra ehtiyatların
yenidən formalaşdırılması zəruridir və bu da əlavə maliyyə yükü
yaradır.
“Bunu kompensasiya etmək üçün hazırda 17 milyon avro çatışmır”,
– deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ artıq maliyyə naziri Sinişa Mali
ilə razılaşdırılıb.
Serbiya Prezidenti əlavə edib ki, əvvəllər bəzən ciddi qəbul
olunmayan ehtiyatların yaradılması məsələsinin əhəmiyyəti hazırkı
şəraitdə daha aydın görünür.

