
Bakı. Trend:
Universitet və kolleclərə qəbul üçün qeydiyyat dünən axşam
bitib.
Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, I, II, III və IV
ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci
cəhdində iştirak etmək üçün qeydiyyat 29 aprel saat 23:59-da başa
çatıb.
Son məlumata görə, universitet və kolleclər üçün ümumilikdə
135018 abituriyent qeydiyyatdan keçib. 131510 nəfər universitetlər,
121341 nəfər isə kolleclər üçün ərizə verib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci
mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın
24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III
ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən
abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də
keçiriləcək.

