Azərbaycanlı deputat əməkhaqqı artımını anons etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda
reallaşa bilər.

Trend xəbər
verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial media hesabında
paylaşım edib.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması ilə
bağlı iş aparır.

“İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq
əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model
vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq
işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni
zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da
mühüm amillərdəndir.




Yeni mexanizmin tətbiq olunması, əməkhaqqı aylıq deyil, saatlıq
olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqının
hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin
saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların
reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız
saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində
çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran
faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş
günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın
əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox
əməkhaqqı almasına səbəb ola bilər”, – deyə deputat bildirib.

Vüqar Bayramov əlavə edib ki, bu, bütövlükdə yeni və inkişaf
etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir.

“Bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın
əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real
olaraq həyata keçirilsin.

Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq
əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum
ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə
uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni
mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ
razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli
olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı
sistemində bir yenilikdir”, – paylaşımda bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir