ABİF azad edilmiş ərazilərdə sahibkarlara verilən güzəştli kreditlərin ümumi məbləğini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı
Fondu” ASC (ABİF) tərəfindən indiyədək Azərbaycanın azad edilmiş
ərazilərində ümumilikdə 28 layihə üzrə sahibkarlara 45,8 milyon
manat həcmində güzəştli kredit təqdim edilib.

Trend bu
barədə fonda istinadən xəbər verir.




Bildirilib ki, fond tərəfindən təqdim olunan maliyyə
mexanizmləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın
artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun
dayanıqlı inkişafına mühüm töhfə verməklə yanaşı, sahibkarlığın
genişlənməsi üçün uzunmüddətli maliyyə əlçatanlığının
formalaşdırılmasına xidmət edir. Vurğulanıb ki, bu yanaşma həm
biznes təşəbbüslərinin reallaşdırılmasını sürətləndirir, həm də
regionun iqtisadi potensialının daha səmərəli şəkildə səfərbər
olunmasına şərait yaradır.

“Fond tərəfindən sahibkarlığın dəstəklənməsinə yönəlmiş güzəştli
kredit mexanizmi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət
göstərən biznes subyektlərinin daha əlverişli şərtlərlə maliyyə
resurslarına çıxışını təmin edir. Bu kreditlər aşağı faiz
dərəcələri, uzunmüddətli qaytarılma qrafiki və güzəşt müddətləri
ilə seçilərək sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə
azaldır və bizneslərin davamlı inkişafını stimullaşdırır”, –
məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir