
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Kredaqro” MMC bank olmayan
kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə
cəlb edib.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan
cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit
təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci
maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın
Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü
bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar
Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Kredaqro” Bank
olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli
şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilib”, – məlumatda
qeyd edilib.

