Məhkumlarla görüşlərin onlayn qeydiyyatı mümkün olacaq

Baş səhifə

Bakı. Trend:

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil
edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini
istifadəyə verib.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər
üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü
seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən
qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt
rejimində izləməyə imkan yaradır.




Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı
prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin
artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin
minimuma endirilməsidir.

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti Ədliyyə
Nazirliyinin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində
təqdim edilir. Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan
məlumatları dolduraraq müraciət edə bilərlər.

Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəzaçəkmə
müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə
Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi
həyata keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir