Putin Kadırovu təriflədi, nümunə göstərdi

Baş səhifə

Rusiya prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovla işgüzar görüş keçirib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Kadırova və bütün çeçenlərə Ukrayna ilə müharibədə iştiraklarına görə təşəkkür edib və onların “əsl döyüşçülər” olduğunu bildirib.

Rusiya prezidenti deyib ki, Çeçenistan xalqının bu il keçiriləcək prezident seçkilərində yenidən Kadırovu dəstəkləyəcəyinə ümid edir. O həmçinin qeyd edib ki, Çeçenistan son illərdə əhəmiyyətli dərəcədə dəyişib və Kadırovun rəhbərliyi altında böyük irəliləyiş əldə olunub.

Putin əlavə edib ki, Rusiya Federasiyasının bir çox regionları doğum səviyyəsi baxımından Çeçenistanın nümunəsini izləməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir