CENTCOM Trampa İranla bağlı yeni hərbi planları təqdim edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM)
rəhbəri Bred Kuper bu gün ABŞ Prezidenti Donald Trampa İrana qarşı
mümkün hərbi əməliyyatların yeni planları ilə bağlı hesabat təqdim
edəcək.

Trend xəbər verir
ki, bu barədə “Axios” öz mənbələrinə istinadən yazır.




“CENTCOM dalan dirənmiş danışıqlarla bağlı vəziyyəti yoluna
qoymaq üçün İrana yönəlmiş qısa-müddətli və güclü zərbələr
silsiləsi ilə bağlı plan hazırlayıb. Böyük ehtimalla, infrastruktur
obyektlərinə də zərbələr endiriləcək”, -deyə üç mənbə nəşrə
bildirib.

Nəşrin digər bir müsahibi isə bildirib ki, başqa bir plan,
Hörmüz boğazının, gəmilərin sərbəst hərəkətinin bərpa olunması üçün
ABŞ ordusu tərəfindən tam nəzərətə götürülməsi ilə bağlıdır. Qeyd
olunur ki, belə bir əməliyyatda quru qoşunlardan da istifadə oluna
bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir