ABŞ heç nə əldə etməyəcək – Pezeşkian

Baş səhifə

ABŞ İran limanlarını dənizdən mühasirəyə almaqla məqsədlərinə çatmayacaq.

Modern.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian yerli mediaya açıqlamasında bildirib.

“Dənizdən blokada və ya məhdudiyyətlər tətbiq etmək üçün hər hansı bir cəhd beynəlxalq hüquqa ziddir və uğursuzluğa məhkumdur”. Bu cür tədbirlər “nəinki regional təhlükəsizliyi gücləndirmir, həm də əslində gərginlik mənbəyidir və körfəzdə sabitliyi pozur”,- deyə İran prezidenti qeyd edib.

Xatırladaq ki, İranla atəşkəs elan etdikdən bir neçə gün sonra ABŞ 13 apreldə İran limanlarını dənizdən mühasirəyə alıb. İran blokadanı qətiyyətlə pisləyib və bunu atəşkəsin pozulması adlandırıb

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir