SOCAR neft emalını 4%-ə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
tərəfindən 1,45 milyon ton neft, 636 milyon kubmetr qaz emal
edilib.

Trend bu
barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə
3,7% artıb.




Eyni zamanda bildirilib ki, SOCAR-ın Azərbaycandakı
müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya
və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Qeyd edək ki, cari ilin birinci rübündə SOCAR tərəfindən 13 min
metrə yaxın qazma işləri həyata keçirilib. Şirkətin müstəqil
şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda
hesabat dövründə 1,67 milyon ton neft, həmçinin 1,85 milyard
kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 0,4% artaraq 12,64
milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin birinci
rübü üzrə Azərbaycanda 6,63 milyon ton xam neft hasil olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir