Şahin Mustafayevin Ermənistana səfəri çox mühüm hadisədir – Paşinyan

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın baş
nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərinin çox
mühüm bir hadisə olduğunu bildirib.

Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, o bu barədə brifinqdə danışıb.

“İki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh
prosesi məntiqi çərçivəsində tarixi hesab edirəm. Bu mərhələyə
çatdığımız üçün çox şadam”, – deyə o bildirib.

Paşinyan bildirib ki, normal və uzunmüddətli perspektivdə
mehriban qonşuluq münasibətləri qurulmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir