
Bakı. Trend:
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin
əməkdaları son bir neçə gün ərzində 103 xarici vətəndaşı ölkədə
deportasiya edib.
Trend xəbər verir
ki, bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, Gürcüstandan xaric edilən əcnəbilər Banqladeş,
Belarus, Hindistan, İraq, İordaniya, Yəmən, Keniya, Çin, Nigeriya,
Nepal, Pakistan, Rusiya, Sudan, Tailand, Türkmənistan, Özbəkistan,
Filippin, Efiopiya və digər ölkələrin vətəndaşları olublar.
Deportasiya olunmuş şəxslərin Gürcüstan ərazisinə geri dönüşü
qadağan edilib.
Gürcüstanda qanunsuz miqrantlara qarşı aktiv mübarizə aparılır.
Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək
deportasiya prosedurlarını, həmçinin miqrantların yoxlanılması
qaydalarını sadələşdirib. Gürcüstan Daxili İşlər Nazirliyi hər ay
qayda pozuntularına görə onlarla xarici vətəndaşın ölkədən
çıxarıldığını bildirir.

