İran Hörmüz boğazına yeni idarəetmə tətbiq edəcək – Xamenei

Baş səhifə

Bakı. Trend:

İran Hörmüz boğazına yeni idarəetmə və hüquqi qaydalar tətbiq
edərək bütün regionun inkişafı və asayişinə töhfə verəcək.

Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei
İranda Fars Körfəzi Milli Günü münasibəti ilə müraciətində
bildirib.

İranın Ali Lideri qeyd edib ki, İran Hörmüz boğazına idarəetmə
tətbiq etməklə Fars körfəzi regionunu təhlükəsiz edəcək və qarşı
tərəflərin ondan sui-istifadə etməsinin qarşısını alacaq. Yeni
idarəetmə bölgədə iqtisadi inkişafa öz töhfəsini verəcək.




Xamenei əlavə edib ki, İranın elm, sənaye, müxtəlif
texnologiyalar, nano, bio, nüvə və raket texnologiyaları milli
sərmayədir və bütün su və quru sərhədlərini qoruyacaq.

“İran Fars körfəzində ən uzun sahilə sahib ölkədir və körfəzin
müstəqilliyi, eləcə də əcnəbilərlə mübarizədə portuqaliyalıların
körfəzdən çıxarılmasından tutmuş Hörmüz boğazının azad edilməsinə
qədər daha çox səylər göstərib”, – deyə o qeyd edib.

Qeyd edək ki, 30 aprel 1622-ci ildə Şah Abbas Səfəvi dövründə
portuqaliyalılar İranın cənub suları və Hörmüz boğazından
çıxarılıb. Bu məqsədlə 2005-ci ildə İranda 30 aprel Fars Körfəzi
Milli Günü adlandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir