Güclü ailə olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil – Bahar Muradova

Baş səhifə

Bakı. Trend:

Müasir dövrdə qarşıda duran çağırışlar da kifayət qədər ciddi və
çoxşaxəlidir. Rəqəmsal transformasiya, sosial münasibətlərin
dəyişməsi, qlobal təsirlər ailə institutuna və sosial dəyərlərə
yeni tələblər irəli sürür.

Trend xəbər
verir ki, bunu Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova bu gün Bakıda keçirilən “Dayanıqlı
inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən
konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, güclü ailə olmadan sağlam cəmiyyət qurmaq
mümkün deyil:




“Son 20 il ərzində ailə, qadın və uşaq sahəsində vahid dövlət
idarəetmə sistemi formalaşdırılıb, normativ-hüquqi baza əhəmiyyətli
dərəcədə genişləndirilib, institusional mexanizmlər gücləndirilib
və bu siyasət real sosial nəticələrlə müşayiət olunub. Bu
nəticələrin əldə olunması üçün Dövlət Komitəsi mərkəzi icra
hakimiyyəti orqanı kimi öz əlaqələndirici və monitorinq
funksiyalarını layiqincə yerinə yetirməyə çalışıb.

Qadınların tam və bərabər iştirakı olmadan inklüziv inkişaf
təmin edilə bilməz. Uşaqların hüquqları və rifahı qorunmadan isə
gələcəyimizi etibarlı şəkildə qurmaq mümkün deyil”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir