
Bakı. Trend:
İmişlidə dizel lokomotivlərinə texniki xidmət mərkəzi
tikiləcək.
Trend-in
məlumatına görə, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar
Cəmiyyəti (QSC) artıq bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, əvvəlcə mərkəzin tikinti layihəsi çərçivəsində
layihələndirmə və layihə-smeta sənədləri hazırlanacaq.
Layihələndirmə və layihə-smeta sənədlərinin hazırlanmasının 5,6
milyon manata başa gələcəyi proqnozlaşdırılıb.
ADY hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.

