Hizbullah İsrailə dronla hücum edib – azı 12 hərbçi yaralanıb

Baş səhifə

Bakı. Trend:

Hizbullah qruplaşmasının İsrailin şimalında yerləşən Şomera
qəsəbəsi yaxınlığında İsrail ordusuna aid artilleriya mövqeyinə
dron hücumu nəticəsində azı 12 israilli hərbçi yaralanıb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

İsrail Müdafiə Qüvvələrinin (İDF) məlumatına görə, hərbçilərdən
ikisinin vəziyyəti orta ağır, digər yaralıların vəziyyətinin
qənaətbəxş olduğu bildirilir.




İlkin məlumata görə, Hizbullah döyüşçülərinin Livandan buraxdığı
dron artileriya mərmilərinin daşınmasında istifadə olunan M548 adlı
texnikaya tuş gəlib, yanğın baş verib və bir neçə artileriya
mərmisi partlayıb.

IDF insidenti araşdırır. Dronun fiber-optik idarəetmə metodu ilə
istiqamətləndirildiyi güman edilir. Belə ki, Hizbullahın son
vaxtlar müntəzəm olaraq istifadə etdiyi metod radioelektron
müdaxilələlərə qarşı dayanıqlı olur və belə dronları
zərərsizləşdirmək nisbətən çətin olur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir