
Bakı. Trend:
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
arasında əməkdaşlıq müzakirə edilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və
Qafqaz üzrə idarəedici direktoru Elizabeta Falçettinin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşdə AYİB-in Azərbaycandakı
fəaliyyəti və əməkdaşlığın gündəliyində olan məsələlər barədə
müzakirələr apardıq.
Bankın investisiya strategiyasının prioritetlərini, su
təchizatı, şəhərsalma, nəqliyyat infrastrukturu və bərpa olunan
enerji layihələri üzrə qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən
keçirdik”, – paylaşımda bildirilib.
Qeyd edək ki, 2026-cı ilin mart ayının sonuna olan vəziyyətə
görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanda
olan layihələr portfelinin həcmi 919 milyon avro təşkil edir və 36
layihəni əhatə edir.
Məlumata görə, bankın həmin layihələrdə iştirak payı 1 faiz
təşkil edir, əməliyyat aktivləri isə 716 milyon avro həcmində
qiymətləndirilir.
Portfelin strukturu aşağıdakı kimidir:
Korporativ sektor – 3%, maliyyə institutları – 7%, dayanıqlı
infrastruktur – 90%.
Portfelin ümumi dəyərində özəl sektorun payı 40% təşkil
edir.
Azərbaycan fəaliyyətə başladığı vaxtdan etibarən AYİB ölkə
iqtisadiyyatına ümumilikdə 3,712 milyard avro investisiya yatırıb.
Ayrılmış vəsaitlərin ümumi həcmi 3,458 milyard avro təşkil
edir.
Bu günədək AYİB Azərbaycanda 202 layihənin həyata keçirilməsinə
dəstək olub.

