Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcək – Paşinyan

Baş səhifə

Bakı. Trend:

Əvvəllər Ermənistan və Azərbaycandan olan iş adamları məhsul
siyahılarını hər iki ölkənin hökumətləri vasitəsilə mübadilə
edirdilərsə, artıq buna ehtiyac yoxdur.

Trend xəbər verir
ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 30-da
jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ermənistan hökumət başçısı qeyd edib ki, bundan sonra Ermənistan
və Azərbaycandan olan iş adamları bir-birilə birbaşa işləyə
bilərlər.

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə
tədarük etdiyi məhsul çeşidi genişlənə bilər.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı dəqiq razılaşma
yoxdur.

O, həmçinin vurğulayıb ki, Azərbaycan Baş nazirinin müavini
Şahin Mustafayevlə görüşən erməni iş adamlarının adlarını
açıqlamayacaq. Paşinyan bildirib ki, həmin iş adamlarının müəyyən
dairələrin hücumlarına məruz qalmasını istəmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir