“SOCAR Polymer”in ixracdan əldə etdiyi gəlirlər açıqlandı

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında “SOCAR Polymer”in ixracdan əldə
etdiyi gəlirlər 57 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın
aprel sayına istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-mart aylarındakı
göstəricilərlə müqayisədə təxminən 2 milyon dollar və ya 3,4 faiz
çoxdur.




Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “SOCAR
POLYMER” MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı
şirkətlər təmsil olunublar:

“AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar”
İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava
Yolları” QSC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz
İxrac İdarəsi, “Azərenerji” ATSC, “Socar Cape” MMC, “Naxçıvan
Enerji” MMC.

Bu göstərici 2025-ci ilin yanvar-fevral aylarındakı
göstəricilərlə müqayisədə təxminən 9,1 milyon dollar və ya 41,7
faiz çoxdur

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir