Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2032-ci ilə qədər Dövlət Neft Fondunun aktivlərinin artacağını proqnozlaşdırır

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Dövlət Neft Fondunun
(SOFAZ) aktivləri üzrə yenilənmiş proqnozunu təqdim edib və orta
müddətli perspektivdə onların sabit artımını gözlədiyini
bildirib.

Bu barədə Trend
məlumat verir.




Fondun məlumatına görə, SOFAZ-ın aktivləri 2023-cü ildə 56,07
milyard dollar təşkil edib, 2024-cü ildə 60,03 milyard dollara
yüksəlib və 2025-ci ildə 73,54 milyard dollara çatıb.

BVF-nin proqnozuna əsasən, bu il aktivlər artmaqda davam edərək
təxminən 76,05 milyard dollar təşkil edəcək. Növbəti illərdə də
müsbət dinamikanın qorunacağı gözlənilir: göstərici 2027-ci ildə
77,9 milyard dollara, 2028-ci ildə 79,17 milyard dollara, 2029-cu
ildə 80,63 milyard dollara, 2030-cu ildə 82,3 milyard dollara və
2031-ci ildə 84,24 milyard dollara qədər arta bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir