
Bakı. Trend:
Yaponiyanın Tokyo şəhərinin Haneda beynəlxalq hava limanında
humanoid robotların sınaqları keçiriləcək .
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Japan Airlines” şirkəti robotexnika şirkəti ilə bərabər
sınaqları may ayının əvvəlindən etibarən işə salmaq
niyyətindədir.
Humanoid robotlar baqajın daşınması, kabinələrin təmizlənməsi və
yerüstü xidmət avadanlıqlarının idarəolunmasına kömək edəcək.

