
Bakı. Trend:
Britaniya təhlükəsizlik xidmətləri Böyük Britaniyada terror
təhlükəsi səviyyəsini “əhəmiyyətli”dən “ciddi”yə (beşdən 4-cü
səviyyə) qaldırıb.
Trend-in
məlumatına görə, bu barədə Birgə Terrorizm Təhlili Mərkəzinin
açıqlamasında bildirilib.
“Birləşmiş Krallıqda (İngiltərə, Uels, Şotlandiya və Şimali
İrlandiya) terrorizmin bütün formalarından gələn təhlükə ciddidir”,
– deyə o bildirib.
Təhlükə səviyyəsi 29 apreldə Londonun şimalında baş verən və
terror aktı kimi qiymətləndirilən antisemit hücumdan sonra
artırılıb.

