Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük
Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz
əksini tapıb.

Gömrük orqanlarının elektron informasiya sistemində olan
gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 ay ərzində həyata
keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək:

  • bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu
    ərazidən aparılmadıqda;
  • düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük
    bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim
    edilmədikdə;
  • gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron
    formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə.

Həmçinin, qısa idxal və ixrac bəyannamələrinin ləğvi mümkün
olacaq.




Qanun layihəsinə əsasən, qısa idxal bəyannaməsi bəyannaməçinin
müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 gün ərzində
gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv
ediləcək.

Qısa ixrac bəyannaməsi bəyannaməçinin müraciətinə əsasən, habelə
bəyan edilmiş mallar 150 gün ərzində gömrük ərazisindən
aparılmadıqda gömrük orqanı tərəfindən ləğv ediləcək.

Bununla yanaşı, beynəlxalq müqavilələr çərçivəsində həyata
keçirilən beynəlxalq daşımalar zamanı elektron informasiya
sistemləri vasitəsilə mallar və nəqliyyat vasitələri barədə
əvvəlcədən təqdim edilən ilkin məlumatlar həmin məlumatların
tamlığından asılı olaraq qısa idxal bəyannaməsi kimi qəbul
ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir