
Bakı. Trend:
ABŞ artıq İran üzərində qələbə qazanıb, amma o, bunun daha
inandırıcı görünməsini istəyir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Newsmax”
televiziya kanalına müsahibəsində deyib.
“Artıq qalib gəlmişik, amma daha böyük bir qələbə istəyirəm”, –
deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ ordusu “İranın donanmasını və hava
qüvvələrini, radar avadanlıqlarını və rəhbərliyini məhv edib”.

