ABŞ Avropada təxminən 80 min hərbçi yerləşdirib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Avropada təxminən 80 min hərbçisi var və bu kontingentin
ölçüsü ilə strukturu beynəlxalq vəziyyətdəki dəyişikliklərə uyğun
olaraq mütəmadi şəkildə tənzimlənir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin Avropa Komandanlığının (EUCOM)
nümayəndəsi TASS-a bildirib.

“Hazırda Avropada təxminən 80 min ABŞ hərbi qulluqçusu
yerləşdirilib. Onların 38 mini Almaniyada daimi və rotasiya
əsasında yerləşir”, — deyə EUCOM-un sözçüsü qeyd edib.




Onun sözlərinə görə, bu qüvvələr Almaniyanın Visbaden,
Reynland-Pfalts, Ştutqart və Bavariya kimi bölgələrində
yerləşdirilib. Sözçü vurğulayıb ki, hərbçilərin sayı demək olar
aylıq əsasda dəyişir və bu, planlaşdırılmış təlimlər və qüvvələrin
rotasiyası ilə bağlıdır.

EUCOM nümayəndəsi əlavə edib ki, şərtlər dəyişdikcə ABŞ daimi və
müvəqqəti yerləşdirilmiş qüvvələrin kombinasiyasından istifadə
edərək öz hərbi strukturunu və imkanlarını mütəmadi olaraq nəzərdən
keçirir və tənzimləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir