
Bakı. Trend:
Bərdədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən
Mansur Məmmədov və Amil Musayev saxlanılıblar.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
məlumat verilib.
Bildirilib ki, baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş,
3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.
Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən
narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə
etdiklərini bildiriblər.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Bərdədə ilin əvvəlindən həyata keçirdikləri
tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz
dövriyyədən çıxarılıb.

