ABŞ-də məktəbə silahlı hücum olub– Yaralılar var

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Vaşinqton ştatının Takoma şəhərində yerli məktəblərdən
birinə soyuq silahla hücum olub.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

İlkin məlumata görə, Henri Foss məktəbinə hücum edən şəxs dörd
şagirdi və məktəbin mühafizəçisini yaralanyıb. Şübhəli şəxsin
özünün də şagird olduğu bildirilir. O, kampus ərazisində
saxlanılaraq tibbi işçilərə təhvil verilib.




Takoma yanğınsöndürmə xidmətində bildirilib ki, zərərçəkənlərdən
dördünün vəziyyəti ağırdır, daha bir nəfər isə yüngül xəsarət alıb.
Altı nəfərin – beş zərərçəkənin və şübhəlinin – hamısı yerli
xəstəxanalara çatdırılıb.

Məktəbdə lokdaun rejimi tətbiq olunub, şagirdlər təxliyə
edilərək valideynlərinə təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir