Neftçilər Xəstəxanasına direktor təyin edilib

Baş səhifə

Bakı. Trend:

Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən
oğlu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib.

Trend xəbər verir
ki, Z.Xəlilov 1997-1998-ci illərdə Akad. M.Topçubaşov adına Elmi
Cərrahiyyə Mərkəzində internaturanı tamamladıqdan sonra,
1999-2002-ci illərdə cərrahiyyə ixtisası üzrə aspiranturanı
tamamlayıb. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah
olaraq başlayıb.




2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci
ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini
vəzifəsində çalışıb.

Zaur Xəlilov ölkəmizdə orqan transplantasiyası (qaraciyər,
böyrək və s.) əməliyyatını icra edən azsaylı mütəxəssislərdən
biridir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən 2022-ci ildə “Əməkdar həkim” adı ilə təltif edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir