Bakı. Trend:
Gələcək üçün düzgün qərar həm rahat yaşayış, həm də dəyər
qazanan bir əmlak seçimi ilə başlayır. Bu baxımdan, şəhərin
prestijli nöqtələrindən birində yerləşən “City Garden
Narimanov” layihəsi gündəlik komfortu və uzunmüddətli
perspektivdə dəyər potensialını bir arada təqdim edən yaşayış
komplekslərindən biri kimi seçilir.
17,4 hektar geniş və yaşıllıqla zəngin ərazini
əhatə edən bu meqa layihə Bakının coğrafi mərkəzində yerləşir və
“N. Nərimanov” metro stansiyasına təxminən 5
dəqiqəlik məsafədə olmaqla sakinlərə gündəlik həyatda yüksək
rahatlıq təqdim edir.
Yaşayış kompleksində müxtəlif ölçü və planlaşdırmaya malik
mənzillər təklif olunur. Alıcılar 2, 3 və 4 otaqlı, studiya
və bağçalı seçimlər də olmaqla tikintisi davam edən və ya hazır
təmirli mənzillər arasından seçim edə bilər. Bu geniş
seçim imkanları hər bir alıcının fərdi ehtiyac və həyat tərzinə
uyğun mənzil tapmasını asanlaşdırır. Mənzillər 36 ayadək
daxili kredit imkanı və 20 ilədək ipoteka şərtləri ilə də təqdim
olunur.

Təmir zamanı istifadə olunan materiallar isə layihənin premium
səviyyəsini açıq şəkildə göstərir: Almaniyanın
“HARO” parketləri, İtaliyanın
“GEWISS” elektrik açarları, yanmayan
“Prysmian” kabelləri, divarlarda “Zambaiti
Parati” divar kağızları, hamam aksesuarlarında
“GROHE”, ümumi və sanitar sahələrdə isə
“Infinity” keramoqranitləri.
Layihə 17,4 hektarlıq geniş və yaşıllıqla zəngin ərazini əhatə
edir. Bu isə o deməkdir ki, gündəlik həyatında səs-küydən uzaq,
təmiz hava və açıq məkan üstünlükləri sənin üçün əlçatan olur.
Kompleks daxilində planlaşdırılan yeni mall, fitness mərkəzi və
sentyabr ayında fəaliyyətə başlayacaq LANDAU
School isə yaşayışını daha da komfortlu və funksional edir
– yəni gündəlik ehtiyacların üçün şəhəri dolaşmağa ehtiyac
qalmır.

Kompleksin fasadı müasir dizaynla yanaşı, keyfiyyətli və davamlı
keramoqranitlə üzlənir. Bu material həm isti, həm də soyuq hava
şəraitinə yüksək davamlıdır. Mənzillər arasında və döşəmələrdə
tətbiq olunan səs və istilik izolyasiyası isə sakit və komfortlu
mühit yaradır. Fasad və pəncərə izolyasiyası sayəsində isə həm
enerji qənaəti, həm də əlavə rahatlıq əldə edirsən. Layihədə
mərkəzi istilik sistemi də nəzərdə tutulub ki, bu da qış aylarında
stabil və rahat temperatur deməkdir.

Əgər sən də şəhərin mərkəzində, yaşıllıqla əhatə olunmuş,
premium standartlara cavab verən bir kompleksdə yaşamaq
istəyirsənsə, “City Garden Narimanov” sənin üçün
doğru seçimdir.
Daha ətraflı məlumat almaq, mənzilləri yerində görmək üçün
layihənin satış ofisinə yaxınlaşa və ya indi zəng edə bilərsən.
Ətraflı: *1544 və ya 050 293 10 10

