bp 2026-cı ilin I rübü üzrə AÇG yatağındakı hasilat həcmini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar
blokunda ümumi hasilat orta hesabla günə 325 000 barel və ya
ümumilikdə təxminən 29 milyon barel, yəni 4 milyon ton olub.

Trend bu barədə
bp-yə istinadən xəbər verir.

Müqayisə üçün 2025-ci ilin birinci rübündə hasilat günə 331 min
barrel təşkil etmişdi. Beləliklə, sözügedən yataqda hasilat illik
ifadədə 1,8 faiz azalıb.

AÇG-nin hasilat göstəriciləri yataqlar üzrə aşağıdakı şəkildə
olub:

Çıraq (19 500), Mərkəzi Azəri (89 800), Qərbi Azəri (74 800),
Şərqi Azəri (43 900), Dərinsulu Günəşli (47 700), Qərbi Çıraq (22
600) və ACE (26 700)




Rübün sonunda AÇG-də ümumilikdə 149 neft hasilat quyusu, 50 su
injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.Birinci
rüb ərzində AÇG-də 2 neft hasilatı quyusu, 3 su injektoru və 1 qaz
injektoru quyusu qazılıb tamamlanmışdır.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı
tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti
operatordur.

AÇG-də iştirak payları aşağdakı kimidir:

bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX
(9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir