bp 2026-cı ilin I rübündə BTC vasitəsilə nəql olunan neftin həcmini açıqladı

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin birinci rübündə Bakı–Tbilisi–Ceyhan (BTC) neft
kəməri vasitəsilə təxminən 49 milyon barrel neft (təxminən 6 milyon
ton) ixrac edilib.

Bu barədə Trend bp
şirkətinə istinadən məlumat verir.

Müqayisə üçün, 2025-ci ilin birinci rübündə nəql həcmi təxminən
54 milyon barrel təşkil edib ki, bu da illik ifadədə 9,26% azalma
anlamına gəlir.




1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun
ayında istismara veriləndən 2026-cı ilin birinci rübünün sonunadək
bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 626 milyon ton (4,7
milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6210 tankerə
yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC əsasən “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağından nefti
və “Şahdəniz” yatağından kondensatı nəql edir. Bundan əlavə, Xəzər
regionunun digər mənbələrindən, o cümlədən Qazaxıstan, Türkmənistan
və Azərbaycanda SOCAR tərəfindən hasil edilən əlavə neft və
kondensat həcmlərinin nəqli də davam edir.

“BTC Co.”nun səhmdarları bp (30,10%), SOCAR (32,97%), MOL Group
(8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU
(3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%)
təşkil

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir