Tikinti sahəsi üzrə biznes kredit portfeli böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycan banklarının tikinti sahəsi üzrə
biznes kredit portfeli 1,756 milyard manat təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq
müqayisədə 49 milyon manat və ya 2,9%, ötən ilin eyni dövrünə
nisbətən isə 387 milyon manat 28,3% artıb.




Belə ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmiş biznes
kreditlərin məbləği 2026-cı ilin martın 1-nə 1,707 miyard manat,
ötən ilin aprelin 1-nə isə 1,369 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların
kredit portfeli 30,290 milyard manat olub. Kredit portfelinin
strukturunda biznes kreditlәri 53,5% (16,215 milyard manat),
istehlak kreditlәri 31,3% (9,491 milyard manat) vә ipoteka
kreditlәri 15,2% (4,585 milyard manat) təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir