Qarabağ intensiv templərlə inkişaf edir – Belarus səfiri

Baş səhifə

Xankəndi. Trend:

Qarabağın nə dərəcədə intensiv inkişaf etdiyini, genişmiqyaslı
infrastruktur layihələrinin həyata keçirildiyini görürük.

Trend xəbər verir
ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitriy Pineviç Şərqi
Zəngəzur və Qarabağa səfər çərçivəsində jurnalistlərə bildirib.

“Xoşbəxtlikdən, artıq neçə vaxtdır ki, buraya mütəmadi gəlmək və
Qarabağın nə qədər intensiv inkişaf etdiyini, genişmiqyaslı
infrastruktur layihələrinin necə həyata keçirildiyini müşahidə
etmək imkanına malikəm. Biz regionun müxtəlif nöqtələrinə uçuruq –
məsələn, Füzulidə möhtəşəm hava limanını görürük, müasir
avtomagistrallarla hərəkət edirik. Şübhəsiz ki, infrastruktur,
nəqliyyat və energetika obyektləri aktiv şəkildə tikilir, sənaye
zonaları yaradılır. Hazırda isə Qarabağ Universiteti kimi güclü
təhsil layihəsinin həyata keçirildiyi Xankəndidəyik”, – deyə o
bildirib.




D. Pineviç vurğulayıb ki, bugünkü səfərin Xocalı soyqırımı
memorialının ziyarəti ilə başlanması çox önəmlidir.

“Bu, “Böyük Qayıdış” proqramının simvolizmini əks etdirir.
Xalqın yaddaşı onun gələcəyidir və biz bunun təcəssümünü bu gün
burada görürük”,- deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir