257 saylı məktəbdə nə baş verib? – Açıqlama

Baş səhifə

Bakı. Trend:

Xətai rayon 257 saylı məktəbdə kütləvi zəhərlənmənin baş verməsi
ilə bağlı məlumat yayılıb.

Məktəbdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, mayın
1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir
neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub.

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma
məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq
yardım göstərilib. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti
dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.
Hazırda şagirdlərin vəziyyəti normaldır”, – deyə qeyd edilib.

TƏBİB-dən isə bildirilib ki, saat 15:40 radələrində Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai
rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya
səbəbilə çağırış qeydə alınıb.




“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin
tibbi yardım olunub”, – deyə əlavə edilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Xətai rayonu
ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri
tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə
polisə məlumat daxil olub.

“Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.
Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya
təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir”, –
deyə əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir