Federasiya prezidenti seçilən Ənvər Ənvərli bu icra başçısının OĞLUDUR

Baş səhifə

Mayın 1-də Azərbaycan Tennis Federasiyasına yeni prezident seçilib. 22 il federasiyaya rəhbərlik etmiş Milli Məclisin sabiq sədri Oqtay Əsədovu yeni prezident əvəzləyib. Belə ki, səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib.

Modern.az-ın məlumatına görə, Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur. A.Vəliyev biznes sahəsindən icra başçısı vəzifəsinə gələn şəxs olaraq tanınır. O, böyük biznes obyektlərinə sahibdir.

2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri olub. Bu vəzifəsindən sonra icra başçısı postuna gəlib. Hazırda Adil Vəliyevin biznesini oğlu Ənvər Ənvərli (Ənvər Vəliyev) idarə edir. O, “Efendiler Group”un sahibi kimi tanınır.

Adil Vəliyev 2012-ci ilin aprel ayından Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.  Yeni Azərbaycan Partiyasının üzvü olan Adil müəllim icra başçısı kimi 14 illik karyerası var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir