Çin İranla hərbi əməkdaşlıq etmir – BMT-dəki daimi nümayəndə

Baş səhifə

Bakı. Trend:

Çin İranla hərbi əməkdaşlıq etmir və bu cür ittihamları rədd
edir.

Trend xəbər
verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun
bildirib.

O, Çinin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinə həsr
olunmuş brifinqdə bildirib ki, Çin və İran arasında heç bir hərbi
əməkdaşlıq yoxdur və bəzi Amerika rəsmilərinin ittihamlarından
xəbərdardırlar.




Diplomat vurğulayıb ki, Çin müharibə səbəbindən İran xalqına
böyük rəğbət bəsləyir.

ABŞ prezidenti Donald Tramp əvvəllər Çinin ABŞ-İsrail hərbi
əməliyyatı zamanı İrana müəyyən təchizat tədarük etmək qərarına
təəccübləndiyini bildirmişdi. Onun sözlərinə görə, yük ABŞ Hərbi
Dəniz Qüvvələri tərəfindən saxlanılan İran gəmisində aşkar edilib.
Daha sonra Çin Müdafiə Nazirliyinin sözçüsü Çinin İrana hava
hücumundan müdafiə sistemləri və ya pilotsuz uçuş aparatları
tədarük etmədiyini bəyan edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir