Ağ Ev Konqresə İranla müharibənin başa çatdığını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Ağ Ev ABŞ Konqresinə İrana qarşı aparılan hərbi əməliyyatların
başa çatdığını rəsmi şəkildə bəyan edib.

Trend xəbər verir ki, bu
barədə ABŞ prezidenti Donald Trampın Nümayəndələr Palatasının
spikeri Mayk Consona ünvanladığı məktubda qeyd olunub.

Məlumata görə, 28 fevral 2026-cı ildə start götürən hərbi
əməliyyatlar artıq yekunlaşıb.




ABŞ prezidenti eyni məzmunlu müraciəti vitse-prezident Cey Di
Vensin yoxluğunda Senata rəhbərlik edən Çak Qrasliyə də göndərib.
ABŞ Konstitusiyasına əsasən, vitse-prezident Senatın sədri
sayılır.

Tramp həmçinin xatırladıb ki, 7 aprel tarixində İranla iki
həftəlik atəşkəs elan olunub və sonradan bu rejim uzadılıb. Onun
sözlərinə görə, 7 aprel 2026-cı ildən etibarən ABŞ və İran
qüvvələri arasında atışma qeydə alınmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir