
Bakı. Trend:
İtaliya A Seriyasında aprel ayının ən yaxşı baş məşqçisi
müəyyənləşib.
Trend xəbər verir ki, “Yuventus”u çalışdıran Luçano Spaletti ötən ayın ən yaxşısı
seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
67 yaşlı mütəxəssisə mükafat mayın 3-də “Verona” ilə keçiriləcək
matçdan əvvəl təqdim olunacaq.
Qeyd edək ki, “Yuventus” apreldə İtaliya çempionatında keçirdiyi
4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.

