“Heydər Əliyev kuboku-2026”da 185 boksçu mübarizə aparacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün start götürəcək 17 yaşadək (U-17) oğlan və qız boksçular
arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirində 185
idmançı mübarizə aparacaq.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan
millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya,
Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda
iştirak edəcək.




185 boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14,
qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər
Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də baş tutacaq.

Yarışın ilk günündə, saat 15:00-da açılış mərasimi təşkil
olunacaq, ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2026″nın supervayzeri Pavlo
Vasilinçuk (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir