
Bakı. Trend:
“Real”ın müdafiəçisi Xesus Fortea karyerasını İtaliya A
Seriyasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Komo”
ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder
Nikolo Skira məlumat yayıb.
Artıq klublar arasında danışıqlar başlayıb. “Kral klubu”
İspaaniya U-19 millisinin üzvünü az miqdarda geri satınalma bəndi
ilə satmağa hazırdır.
“Koma” daha əvvəl bu şərtlə Madrid təmsilçisindən Niko Pas və
Xakobo Ramonu heyətinə qatıb.
Qeyd edək ki, sağ cinah müdafiəçisi mövqeyində çıxış edən 19
yaşlı Xesus Fortea “Real”ın B komandasının formasını geyinir.

