Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində
fasilə yaranacaq.

Trend xəbər verir ki, bu
barədə “Azərişıq” ASC məlumat yayıb.

“Mayın 2-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində
110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından qidalanan 10
kV-luq 4 və 10 saylı hava xətlərində növbəli şəkildə təmir işləri
aparılacaq.




Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mübariz İbrahimov,
Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov, Səməd Vurğun küçələri,
Bəydili kəndinin bir hissəsində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir