
Bakı. Trend:
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, yaxın
illərdə ABŞ-nin nüvə çətirini əvəz edəcək mexanizm tapmaq mümkün
olmayacaq.
Trend xəbər verir ki, nazir
bu fikirləri “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə
verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, ABŞ-nin nüvə çətirinə alternativin
yaranması nə real görünür, nə də məqsədəuyğundur.
Mart ayında Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti
Emmanuel Makron nüvə çəkindirmə sahəsində əməkdaşlığın
genişləndirilməsinə dair birgə bəyannamə imzalayıblar.

