
Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Almaniyadan təxminən 5 min hərbçisini
çıxaracaq.
Trend xəbər verir
ki, bu barədə “CBS News”, “Reuters”, həmçinin “Fox News” jurnalisti
Ceki Haynrix “X” sosial şəbəkəsində məlumat verib.
“Qərar Avropada qüvvələrin yerləşdirilməsinin hərtərəfli yenidən
nəzərdən keçirilməsinin nəticələrinə, eləcə də hərbi əməliyyatlar
teatrının tələbləri və yerlərdəki vəziyyət nəzərə alınmaqla qəbul
edilib”,- deyə Haynrix Pentaqonun nümayəndəsi Şon Parnellə
istinadən bildirib.
Gözlənilir ki, hərbçilərin çıxarılması prosesi altı aydan bir
ilə qədər davam edəcək.
Pentaqonun yüksək vəzifəli rəsmiləri “CBS News”a bildiriblər ki,
bu addım ABŞ prezidenti Donald Trampın İranla müharibədə Avropa
müttəfiqlərinin ABŞ-yə göstərdiyi dəstəyin səviyyəsindən
narazılığının siqnalıdır.
“CBS News”un Pentaqona istinadən verdiyi məlumata görə, 2025-ci
ilin dekabr ayına olan vəziyyətə əsasən, Almaniyadakı hərbi
bazalarda 36 mindən çox amerikalı hərbçi yerləşdirilib. Bundan
əlavə, AFR- ə təxminən 1,5 min ehtiyatda olan hərbçi və 11,5 min
mülki əməkdaş ezam olunub.

