Prezidentin köməkçisi Qazançı kilsəsindən paylaşım edib

Baş səhifə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada yerləşən Qazançı kilsəsindən paylaşım edib. 

Modern.az xəbər verir ki, paylaşımda deyilir:

“Şuşada yerləşən Qazançı kilsəsinin daxili. Kilsə ilkin memarlıq üslubuna uyğun şəkildə bərpa olunub. Azərbaycan Respublikası ərazisində yerləşən bütün qanuni tikililər, eləcə də tarixi, mədəni və dini abidələr milli qanunvericiliyə uyğun olaraq qorunur, mühafizə edilir və bərpa olunur”, – deyə H.Hacıyev qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir