
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda avtonəqliyyat
vasitələrinin könüllü sığortası (KASKO) üzrə 16,785 milyon manat
sığorta haqqı toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 1,037 milyon manat və ya 6,6% çoxdur.
Hesabat dövründə KASKO sığortası üzrə ödənişlər isə 1,772 milyon
manat və yaxud 26,8% artaraq 8,387 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-mart aylarında KASKO sığortası üzrə
toplanmış hər 100 manat sığorta haqqının 50 manatı müştərilərə geri
ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon
manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən
ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon
manat və ya 4,7% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon
manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün
göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2%
çoxdur.

